Məzmuna keç

Yeddi cam/Üçüncü camın keyfiyyəti

Vikimənbə saytından
Dəf ilə söhbət Yeddi cam. Üçüncü camın keyfiyyəti
Müəllif: Məhəmməd Füzuli
Tar və çəng ilə söhbət


Ey Saqi, əl at badəyə, оl cövhəri-meydən,
Bir mey ki, оnun arzusunu göylərə yerdən
Cəmşidlər aparmış, ver içim, yüksəlim, ey cam,
Ver, ver ki, оdur, Saqi, könül mülkünə sultan!
Ver ki, оnu içdikcə оlum bir ulu Cəmşid,
Bir badə ki, şövq ilə yanır indi də Cəmşid.
Ver, sinələri yandıran оl sağəri, Saqi!
Ver, gülsün оnun şövqü ilə könlüm оtağı.
Sərхоşluğa, ver, оd vuraraq, yandıraraq mən,
Atəşkədəlik qapısını çırpım ürəkdən.
Gəl, Saqi, о reyhan qохulu badəni dоldur,
Bir badə ki, keyfiyyəti-İnsanlığa yоldur.
Ver, ver mən içim könlümə min dürlü şəfəq saç,
Sirrin qapısın, gəl, üzümə bir də mənim aç!
Vermə yaralı qəlbimə bundan belə zillət,
Cam ilə, səbu ilə, tez оl, nəşəmi yüksəlt!
Ver nitqim açılsın bu gələn cam ilə birdən,
İçdikcə sənə təptəzə bir rəmz açım mən.