Məzmuna keç

Nadir şah/İkinci məclis

Vikimənbə saytından
Birinci məclis Nadir şah. İkinci məclis
Müəllif: Nəriman Nərimanov
Üçüncü məclis


Vaqe olur Xorasan kәndlәrinin birindә. Әvvәlinci pәrdә: bir tәrәfdәn Nadirin evi vә yol. İkinci pәrdә: çöl-biyaban.
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
İki yolçu.
 
Ә v v ә l i n c i y o l ç u. Qoçalıq yaman şeydir, ay balam! Bir az yol gedәndә ayaqlarında tab qalmayır. Әylәş, bir az yornuğumuzu
alaq. Çox yaxşı oldu ki, sәninlә rast gәldim, yoxsa bu uzun yolu şәhәrәdәk yalqız gedәcәydim. Ah! Ah!
İ k i n c i y o l ç u. Әmi! Nә ah-vay edirsәn?
Ә v v ә l i n c i y o l ç u. Necә etmәyim, ay balam. Yetmiş sinnim var bu vaxtadәk belә zәhmәtlәr çәkmәmişdim ki, indi çәkirәm. Dolanacaq çox çәtin olubdur. Evimdә yeddi baş külfәt, pul yox, taxıl yox. İndi bu vaxtımda gedirәm şәhәrә, bәlkә hammallıq edib bir az çörәk pulu qazanam.
İ k i n ç i y o l ç u. Mәgәr taxıl bitmәyirmi? Yeriniz yaxşı deyilmi?
Ә v v ә l i n c i y o l ç u. Ay balam, qoyurlarmı taxıl әkәsәn? Quldur Nadir hәr yerә ki düşür, oranı viran edir. Bir yandan da әfqanlar buraları alandan sonra xalqa göz verirlәr, işıq vermirlәr.... Xülasә, işlәr çox yamandır, oğlum.
İ k i n c i y o l ç u. Әmi, mәn iki aydır gәlmişәm, amma Nadirin barәsindә elә şeylәr eşidirәm ki, heç ağlasığası deyil.
Ә v v ә l i n c i y o l ç u. Sәn hardan gәlibsәn? Haralısan, balam?
İ k i n c i y o l ç u. Mәnim әslim xorasanlıdır. Düz indi on ildir vәtәnimdәn dәrbәdәr düşmüşәm. Özbәklәr Xorasanı alandan sonra zindәganlıq çox çәtin oldu, hәtta elә oldu ki, yemәyә çörәk dә tapılmadı. İki uşağımı, övrәtimi vә qoca anamı
Xorasanda qoyub düşdüm şәhәrbәşәhәr, kәndbәkәnd ki, çörәk pulu qazanam. Axır getdim çıxdım İrәvana. O vaxt İrәvan osmanlının әlindә idi. Bir az rahatlığa düşdüm. Başladım işlәmәyә, hәr nә iş oldu yapışdım. Bir neçә ilin әrzindә on tümәn düzәldib, Xorasana gedәn vardı, onunla göndәrdim ki, külfәtimә versin. Әzqәza, yolda mәşhur quldur İmamquluverdi onun qabağına çıxıb pulları әlindәn alır. İndi gedirәm vәtәnә uşaqlarımısa da tapam. Amma heç ümidim yoxdur. Ah! Ah! Allah bu quldurların evini yıxsın!
Ә v v ә l i n c i y o l ç u. Ah ... quldurları heç demә, heyvan qismi bir şeydirlәr. Onlarda nә insaf var, nә mürvәt. Nә allahdan qorxurlar vә nә padşahdan. Әllәrinә adam düşәndә ya öldürürlәr, ya soyurlar. Amma allaha qurban olum, özlәri dә axırda cәzalarına çatırlar. İmamquluverdi çox evlәr yıxdı, çox ananı balasız vә çox balanı anasız qoydu, amma axırda özü dә cәzasına çatdı.
İ k i n c i y o l ç u. Necә?
Ә v v ә l i n c i y o l ç u. Necә olacaqdır? Axırda onu bir güllәyә qurban etdilәr....
İ k i n c i y o l ç u. Allaha şükür! Allaha şükür!
Ә v v ә l i n c i y o l ç u. Әlbәttә, allaha şükür, amma yağışdan çıxdıq, yağmura düşdük. İmamquluverdi öldü, yerindә oğlu Nadiri qoydu. Ondan da bettәr, ondan da zalım. Genә İmamquluverdi axır vaxt bir az adamlara rәhm edirdi, amma bu evi yıxılmışda heç bir zәrrә qәdәr rәhm yoxdur. Hansı kәndә düşsә, oranı alt-üst edib, viran edir.
İ k i n c i y o l ç u. Bu o Nadirdi ki, adı dünyaya yayılıbdır?
Ә v v ә l i n c i y o l ç u. Bәli, haman o zalımdır.
İ k i n c i y o l ç u. Tәәccübdür!
Ә v v ә l i n c i y o l ç u. Nә üçün tәәccüb edirsәn, ay balam! Hәr şey tәrbiyә ilәdir. İnsana necә tәrbiyә verәrsәn, elә dә olar. Düz on beş yaşından Nadir atası ilә quldurluğa gedibdir. Vә ondan qabaq atası vә yoldaşları, Nadir uşaqkәn o qәdәr quldurluqdan, adam öldürmәkdәn danışıblar ki, uşağın qulağı dolubdur, әvvәlinci dәfә quldurluğa çıxanda cürbәcürә qoçaqlıq, hünәrlәr göstәribdir. Bu tövr tәrbiyәnin axırı nә olacaqdır? Genә bundan әvvәl Hüseyn xan hәrdәnbir dalıca qoşun göndәrib tutdurmaq istәyirdi. Amma indi bir aydır әfqanlar Hüseyn xanı әsir ediblәr, Nadir dә azadә gәzir, bir adam da cürәt etmir ki, bir söz desin. İndi halımız olub dәxi dә çәtin: bir yandan әfqanların zülmü, bir yandan Nadirin. O evi dә ki, görürsәn (әlini uzadıb) Nadirin evidir.
İ k i n c i y o l ç u (qorxub yerindәn tez durur). Allahı sevirsәn, әmi, dur burdan gedәk. Çıxıb bizi burada görәr, dәrimizә saman tәpәr.
Ә v v ә l i n c i y o l ç u. Qorxma, oğlum. Bilәm ki, Nadir buradadır, nә bu yol ilә gedәrәm, nә burada oturaram.
İ k i n c i y o l ç u. Bәs haradadır?
Ә v v ә l i n c i y o l ç u. Gedibdir özbәklәrdәn anasının qanını almağa. Özbәklәrlә dava edәn vaxt qoca anasını çox әzabla öldürüblәr. İndi gedibdir ki, anasının intiqamını alsın.
İ k i n c i y o l ç u. Bәs indi evindә heç kәs yoxdurmu?
Ә v v ә l i n c i y o l ç u. Evdә övrәti vә oğlu. Belә bilmә dә bunlar yalqızdılar. Evinin hәr küncündәn on quldur çıxar.
(Әsnәyir.) Ay.... Dur gedәk, oğlum, yoxsa yatıb qalarıq.(Gedirlәr).
 
(Nadirin övrәti Gülcahan yavaş-yavaş qapını açıb pillәkәndәn düşür vә әtrafa baxa-baxa.)
 
 
İKİNCİ GӘLİŞ
 
G ü l c ah a n (yola baxıb). Yolunu gözlәmәkdәn gözlәrimin kökü saraldı. Kim bilir, başına nә iş gәldi. Bu vaxtadәk gәrәk gәlәydi. Görükür bir bәdbәxtlik üz veribdir. Su qabı suda sınar. Mәnim yәqinimdir ki, axırda bir kәlәyә qurban olub bizi qoyacaq sahibsiz. Ondan sonra di gәl, döz xalqın zülmünә. Hamının da haqqı var bunun zülmlәrinin әvәzinә bizә zülm etsin. Pәrvәrdigara, Birabil xanın qızı gör nәlәr çәkir. Mәn yurdu itmiş, bәdbәxt buna aşiq olub qoşuldum qaçdım. Nә bilirdim ki, aylar, illәrlә üzünә hәsrәt qalacağam. Kәrratla demişәm: Nadir, mәnә yazığın gәlsin, mәnә yazığın gәlmir, oğluna gәlsin. Hәr deyәndә mәnә cavab verir: sәnin borcun deyil. Mәn başıma nә kül töküm? (Ağlayır.) Pәrvәrdigara! Nә vaxtadәk gecә-gündüz qorxudan yatmayacağam? Nә vaxtadәk gözlәrim yollarda qalacaqdır? (Ağlayır, әli ilә başını tutur. Uzaqdan şeypur sәsi gәlir. Gülcahan qulaq asır vә gedib yola baxır.) Hә ... yavaş..... (Fikirdә.) Gәlir.... Gәlirlәr. (Şeypurun sәsi yaxınlaşır.) Hә ... gәlirlәr. (Baxır.) Allah sәnә şükür olsun! Özüdür, hә....Nadirdir.... (Tez evә gedib qapını örtür. Quldurlar gәlib iki tәrәfdәn düzülürlәr. Nadir gәlәndә baş әyirlәr.)
 
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
 
N a d i r. Hәzәrat! Çox razıyam ki, aslan kimi dava etdiniz. Özbәklәr indi zәrbi-dәstimi gördülәr. Hәr nә ki mal qarәt edibsiniz öz aranızda bölüşün. İndi gedib rahat ola bilәrsiniz. (Hamısı baş әyib çıxırlar. Nadir evinә tәrәf baxıb fikrә gedir.) Bir ay bundan müqәddәm hәnuz bu yerdә qoca anam mәnim qarşıma gәlib "igid balam, aslan balam" deyib mәni qucaqladı, şadlığından ağladı. İndi.... İndi.... Of! (Başını әli ilә tutur.) İndi ... hәrgah öz әcәli ilә ölsәydi, o qәdәr mәni
yandırmazdı. Biinsaf tayfa, qoca övrәti yaman bir halәtә salıb öldürdülәr. (Hirsli). Of.... (Fikrә.) Hәrçәnd özbәklәrdәn bir anamın әvәzindә min analar-atalar, min uşaqlar qanı tökdüm, lakin genә ürәyim sakit olmuyubdur. Bu tayfanın qanını
içmәyә hazıram. (Fikrә gedib oturur vә başını әli ilә tutur.)
 
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
G ü l c a h a n (qapını açıb yavaş-yavaş gәlir. Nadiri b u halda görüb tәәccüb edir vә tәrәfә deyir). Pәrvәrdigara! Görәsәn, genә nә üz veribdir? (Yavuq gedir). Nadir! Mәn sәni evdә gözlüyürdüm, nә üçün gәlmirsәn? Yorulubsanmı? (Nadir başını
qaldırıb baxır vә ayağa durub Gülcahanın әlindәn tutur.)
N a d i r. Gülcahan! Hәrgah bir il gecә-gündüz özbәklәrlә dava etsәm, genә yorulmaram. Onlar mәnim ürәyimә yaman bir dağ çәkiblәr, hәr bir şeyi unutmuşam.
G ü l c a h a n. Әlbәttә, mәni dә?
N a d i r. Görünür.
G ü l c a h a n. Bәs elә mәni bundan ötәri atamın yurdundan dәrbәdәr saldın? Mәn sәnә nә elәmişәm? Nә üçün mәni bu qәdәr incidirsәn? Gözümün işığı, dәrdimin dәrmanı bir Rzaqulu idi, onu da özünlә aparmaq istәyirsәn. Sәn gedәndәn sonra qulağımı dәng edibdir: gah tüfәng fikrinә düşür, gah qılınc hazır edir, gah tapanca.
N a d i r. Sәn nә danışırsan, övrәt? Oğul gәrәk atasına oxşasın, hәrgah Rzaquluda mәndә olan hünәr olmasa, ona mәn oğul deyәrәm? Çox әcәb edir ki, indidәn tәdarükünü görür. Mәn atamın yerini tutan kimi o da gәrәkdir mәnim yerimi tutsun.
G ü l c a h a n. Bәli, mәn dә ömrümün axırınadәk rahatlıq bilmәyim. (Ağlayır.)
N a d i r. Bәsdir. (Acıqlı.) Dur get! (Gülcahan ağlaya-ağlaya gedir.) Mәnim dәrdimdәn xәbәri yoxdur. İstәyir göz yaşını sәhәrdәn axşamadәk tök! Ancaq mәn bu peşәmi әldәn buraxmaram. Gәrәkdir cәmi dünya zәrbi-dәstimi görә. Xalq mәnә edәn ehtiramı Tәhmasa etmir. Hamı qorxudan adımı eşidәndә bir ağaclıqdan qaçır. Bundan müqәddәm Hüseyn xan axtarırdı. İndi dә Tәhmas ... hәrçәnd Tәhmas әvvәl mәnimlә mehriban idi, amma indi bilmәyirәm ki, nә olubdur. Kәrratla göndәrdiyi qoşunları dağıtmışam.... (Fikrә.) Zәrәr yoxdur, vaxt olar Tәhmasa da özümü göstәrәrәm....
 
 
 
BEŞİNCİ GӘLİŞ
 
Sәs.
 
C a v a d. Nadir! Nadir!
N a d i r (tez gedib baxır). A! Dayı can, buyur, buyur. (Dişqarıda.) Ay gәdә, gәl atı tut. (İkisi dә içәri daxil olurlar.)
N a d i r. Xoş gәlibsәn, dayı! Uşaqların kefi necәdir?
C a v a d (oturur). Ey ... Ay balam! Bir tövr dolanırlar. Mәn dә dәxi qocalmışam. Әvvәlki tәk işlәyә bilmirәm, bu il hәtta heç taxıl da әkmәdim.
N a d i r. Heç fikir etmә. Allah kәrimdir. Gәtirdiyim qarәtdәn bir illik sәnin tәamın çıxar. Eşitdinmi, özbәklәrә nә tufan etmişәm? Heç bilirsәnmi başlarına nә işlәr gәtirmişәm!
C a v a d (başını yırğalayır). Ah! Ah, balam (Başını, tutub fikrә gedir.) Eşitmişәm, eşitmişәm!....
N a d i r. Dayı! Nә üçün ah-zar edirsәn? Nә sәbәbә qәmgin oldun? Gәrәkdir şad olasan ki, mәnim kimi bacın oğlu var. Onu bilmirsәnmi, adımı eşitcәk hamı titim-titim titrәyir, padşahlar mәnim müqabilimdә davam etmәyir, qoşunları qoyun kimi qaçırlar! Mәn deyilәmmi özbәklәri dağa-daşa salan? Mәn deyilәmmi İrana qan ağladan? Belә kömәyi olan da ah-vay edәrmi? Belә kömәyi olan da dәrd edәrmi? Fәxr et! Könlün şad olsun!
C a v a d (başını qaldırıb). Bilirәm. İgidsәn, aslan bәrabәrindә cavansan, amma.... (Başını aşağı salır.)
N a d i r. Necә amma? Nә deyirsәn?
C a v a d (başını tutub ağlayır). Heç balam, heç! Allah qüvvәt versin!
N a d i r. Dayı, sәnә nә olubdur? Nә üçün ağlayırsan! Ürәyindә nә var, de!
C a v a d. Ay balam, nә deyim!.... Mәn öz günümә ağlamıram. Bu gün-sabah ölәcәyәm.... Mәni fikrә salan vәtәnimizin qarışıq işlәridir. Of, of! Heç bilirsәnmi nә halda bulunuruq. Vәtәnimiz әldәn gedir, ziyarәtgahlarımız, yerlәrimiz özgә tayfaların әllәrinә keçirlәr. Millәtimiz günbәgün zәlil, mәşәqqәtdә bulunur: әkin yox, biçin yox, neçә kәndlәrdә aclıq başlanıb. Xalq çәyirtkә kimi qırılır, mәn buna ağlayıram.... Başını tutub ağlayır. Nadir fikirdә. Cavad yerindәn qalxıb Nadirin әlindәn tutur.) Nadir! Dünyada ad qazanmaq iki yol ilә olar: yamanlıqla vә bir dә yaxşılıqla. Yamanlıqla ad çıxartmaq hamıya mümkündür vә bu ad hәmişәlik deyil.... Yaxşılıqla ad qazanmaq hәr şәxsin hünәri deyil. Yaxşılıq edәn şәxsin adı nәinki öz sağlığında vә hәtta ölәndәn sonra da dillәrdә zikr olunar. Bәs heç rәvadırmı ki, sәnin kimi rәşid vә şücaәtli cavanın adı sağlığında min cürә söyüşlә vә ölәndәn sonra lәnәt ilә zikr olunsun? Rәvadırmı ki, sәnin ömrün, gücün vә ağlın quldurluqda çürüsün? Rәvadırmı ki, insan bilә-bilә gözәl sifәtlәrini puç edib, yaman sifәtlәri qәbul edә? (Nadir fikirdә.) Heç eşidibsәnmi ki, quldur öz әcәli ilә ölә? Qulduru hәmişә ya asıblar, ya boğublar, ya güllәlәyiblәr. Xülasә, quldur olan kәs belә yaman naqabil ölümlәrdәn uzaq deyil.... Dәxi nә deyim, balam.... (Fikrә gedir.)
N a d i r. Dayı, diqqәtlә sözünüzә qulaq verirәm. Buyurun görüm.
C a v a d. Dәxi nә deyim, ay balam!.... Axır sözüm budur ki, sәn gәrәk bu yaman peşәdәn әl çәkәsәn. Fikrini, gücünü sәrf edәsәn millәt vә vәtәn yolunda. Bizim atadan-babadan qalan yerlәrimizi düşmәnin әlindәn qurtar, qoyma ziyarәtgahlarımız qeyri tayfaların әlindә qala. Onda ümidvaram ki, Tәhmas şah günahından keçә.
N a d i r (gülә-gülә). Ah! Ah! Tәhmas şahda nә qalıbdır ki, mәnim günahımdan keçә?
C a v a d. Neçә ki, nә qalıbdır? Tәbrizdәn xeyli qoşun yığıb Xorasanı türkmәnlәrin әlindәn qurtarmağa gedir. Nadir! Dübarә sәndәn tәvәqqe edirәm: at, bilmәrrә bu yaman peşәni.... Dağılmış vәtәn, yurdu itmiş, ah-zarı ürәk dağlayan millәt
sәnin kimi bir aslan gözlәyir. Durma, oğlum! Minlәrcә mәnim kimi göz yaşlarını tökәn var. Bu qan ağlayanlara kimdәn cavab gözlәmәk?
N a d i r (әlini başına aparıb fikir edir. Birdәn Cavadın yanına gedir.) Dayı! Sәnin sözlәrin mәni ayıltdı, bu vaxtadәk xabi-qәflәtdә imişәm. (Fikrә.) İndi ... hә.... İndi başa düşürәm ki, atam da, mәn dә әbәs yerә qan tökürmüşük.... Bәsdir!
Bundan sonra vәtәnin fikrindә olmalıyam.... (Fikrә.) O qanlı yaşlar tökәnlәr mәndәn cavab gözlәsinlәr....
C a v a d. Doğrumu deyirsәn?
N a d i r. Dayı! And olsun yerlә göyü yaradana! And olsun Rzaqulunun canına ki, bu qılınc ancaq vәtәnin yolunda işlәnәcәkdir!
C a v a d (әlini urәyinә qoyur.) İndi bir az sakit oldum.... Allah sәndәn razı olsun. (Alnından öpür.) Nadir! Vәtәn yolunda qılınc vurmaq müqәddәs vә savab işdir; bir işdir ki, cәmi İran sәndәn razı qalar. Ata-babamızın sümüklәri basdırılan yerlәri düşmәnlәrin әlindәn xilas edәrsәnsә, böyük bir müqәddәs iş etmiş olarsan.
N a d i r. Allahın kömәkliyi ilә, bu qılıncın hünәrinә qoymaram qeyri millәt İran torpağında baş qaldırsın.... İndi dayı, sәn evә get, bir az rahat ol, mәn dә bir neçә buyruq verәcәyәm.
C a v a d. Yaxşı, gözümün nuru! (Gedir.)
N a d i r (tәk). Hәqiqәt, mәn bu vaxtadәk qәflәt yuxusunda imişәm; ancaq günah mәndә deyil, atam tәrbiyәni belә vermişdi. Çox yaxşı ki, dayım mәni ayıltdı, yoxsa mәndәn sonra Rzaqulu da nahaq yerә bu qanları tökәcәk idi. Әcәba, nә üçün mәn bir fikir etmәyirdim. Atamdan artıq qoçaqlıq edә bilmәyәcәkdim. Amma bununla belә bu dünyada nә qoydu getdi? Harada adı hörmәtlә çәkilir? Quldurların mәclislәrindә.... Bәli, on, ya iyirmi-otuz quldur atamın adı gәlәndә rәhmәt oxuyursa, cәmi İran haman adı nifrәtlә söylәyir.... (Fikrә gedir.) Yox, dәxi durmaq vaxtı deyil. (İstәyir getsin.)
 
 
ALTINCI GӘLİŞ
 
G ü l c a h a n (tez Nadirin qabağına çıxır). Nadir! Dayın deyәn söz doğrudurmu?
N a d i r. Nә var? Nә olubdur?
G ü l c a h a n. Nә üçün gizlәyirsәn? Özün bilmirsәnmi?
N a d i r (gülümsünür). Yox!
G ü l c a h a n. Sәn mәnim canım, doğrudurmu ki, yaman peşәdәn әl çәkirsәn? Hә?
N a d i r (tәrәfә). Binәva sevindiyindәn bilmir nә etsin. (Gülcahana.) Doğrudur, Gülcahan, doğrudur. Mәn yaman, nifrәtli peşәdәn әl çәkdim. Fәqәt indi lazım gәlir, müqәddәs yerlәrimizi, zәlalәtdә yaşayan millәtimizi düşmәnlәrin zülmündәn xilas edim.
G ü l c a h a n. Pәrvәrdigara! Çox şükür, çox şükür ki, mәnim duamı müstәcab etdin. (Ağlayır.) Gecә-gündüz әlim sәnin dәrgahında öz-özümә deyirdim: nә vaxt canım qorxu çәkmәkdәn azad olacaqdır. Çox şükür ki, mәtlәbimә çatdım! (Nadir gedib qolundan tutur.)
N a d i r. Ağlama, get rahat ol! Dayım yoldan gәlibdir, qocadır, yorulmuş olar, onu rahat et. Onun sözlәri mәni yuxudan ayıltdı....
G ü l c a h a n (gedә-gedә). Allah sәbәbә nicat versin!
N a d i r (tәk). Biçarә övrәt o qәdәr qorxudan gecәlәr yatmayıb ki, saralıb, muma dönübdür, indi sevindiyindәn ağlayır. Hәqiqәt, Gülcahan mәni çox istәyir, yoxsa mәn hara, Birabil xanın qızı hara. Xülasә!.... Gedim görüm adamlar
yerlәrindәdirlәrmi? (Çıxır.)
 
 
YEDDİNCİ GӘLİŞ
 
R z a q u l u (evin qәnşәrindәn gәlir, qılıncı qınından çıxarır). Görüm, yaxşımı qayırıbdır. (Baxır.) Çox yaxşıdır! (Mәşq edir.) Görüm, atamın xoşuna gәlәcәyәmmi? O, qoçaq adamları çox sevir. Hәrçәnd quldurluğa әvvәlinci dәfә gedәcәyәm, amma yanımda o qәdәr nәql ediblәr ki, qulağım dolubdur. Bilmәrrә qorxum yoxdur. Ürәyim belә tәlәsir ki, hәr günüm bir il keçir, dәqiqәlәri sanıyıram. Dünәn qaçaqlardan biri atamın qoçaqlığından danışırdı.... Deyir, qorxulu davada vaxta ki, Nadir qabağa düşür, elә bilirsәn hamıya tәzәdәn ürәk verilir.... Deyir, qılıncı heç boş yerә çıxartmaz. Elә ki, çıxartdı, gәrәk düşmәnin başı yerdә ola. Elә ki, deyir, Nadir qabağa düşür, nәrәsindәn düşmәn tab gәtirmәyib qaçır.... Ah, hanı bir tez gedәydik, mәn dә qılıncı sıyırıb (qılıncı sıyırıb bәrkdәn), qorxma, vur! (Yüyürür.) Tәrpәnmә!
 
 
SӘKKİZİNCİ GӘLİŞ
 
G ü l c a h a n (tez qapıdan çıxıb Rzaquluya tәrәf). Nә olub? Nә var? Rzaqulu, sәnsәn? (Әlini ürәyinә aparıb pillәkәnin üstündә әylәşir.) Uf! Ay balam, sәn mәni qorxutdun, dedim görәsәn nә olubdur. Nә üçün elә edirdin, oğlum? Dәli olmuyubsan ki?
R z a q u l u (anasının yanına gedib qolundan tutur). Ana, qorxma, heç şey yoxdur. (Gülür.) Ah! Ah!
G ü l c a h a n (yavaş-yavaş durur). Oğlum, bәs divanәtәk nә üçün qışqırırsan?
R z a q u l u. Heç, mәşq edirdim. Deyirәm görüm, atamla gedәndә necә dava edәcәyәm.
G ü l c a h a n. Hara?
R z a q u l u. Qaçaqçılığa!
G ü l c a h a n. Axmaq-axmaq fikirlәri başından çıxart.
R z a q u l u. Ana, vallah atam deyirdi sәni dә özümlә qaçaqçılığa aparacağam.
G ü l c a h a n (Rzaqulunun gözlәrindәn öpür). O çox da apardı, sәni qoyan kimdir? Allahı sevirsәn, elә şeylәri fikrindәn çıxart.
R z a q u l u (әlindәn tutur). Ana, sәn mәnim canım, mane olma, qoy gedim.
G ü l c a h a n (üzünә diqqәtlә baxıb gözlәrindәn neçә dәfә öpür). Bircә de görüm, qaçaqçılığa nә üçün gedirsәn?
R z a q u l u. Heç, ancaq istәyirәm atam kimi ad çıxardam. Qoyarsanmı? Hә? Mane olmazsan ki? Hә?
G ü l c a h a n (gülә-gülә). Atan quldurluğu, qaçaqçılığı dәxi tәrk edibdir, dәxi getmәyәcәkdir. Sәn dә ad çıxarda bilmәyәcәksәn.
Mәn dә bu gözlәrә (gözlәrindәn öpür) hәsrәt qalmayacağam.
R z a q u l u. Nә deyirsәn? Necә getmәyәcәkdir? Mәnә özü dedi ki, yaraq-әsbabını hazır et. İndi sәn deyirsәn getmәyәcәk? Görünür, sәni aldadıbdır, çünki hәr vaxt yola çıxanda sәn ağlayırsan, ona görә deyibdir ki, dәxi ağlamayasan.
G ü l c a h a n. Bu günәdәk o fikirdә idi, fәqәt bu gün fikrini dәyişibdir.
R z a q u l u. Nә üçün? Nә olubdur ki?
G ü l c a h a n (Nadiri görüb). Özü gәlir, soruş, özü deyәr.
 
 
DOQQUZUNCU GӘLİŞ
 
N a d i r. Rzaqulu, gәlibsәn?
R z a q u l u. Bәli.
G ü l c a h a n (Nadirә). Oğlun mәni qorxutdu. Evdә işә mәşğul idim. Bir dә eşidirәm biri fәryad edir: "Qoyma! Vur!
Tәrpәnmә!" Evdәn tez çıxıb görürәm: tәk özü qılınc ilә oynuyur.
N a d i r. Nә edirdin, oğlum?
R z a q u l u (başını aşağı salıb). Heç, mәşq edirdim.
N a d i r. Nә mәşq?
G ü l c a h a n. Deyir, mәn dә atam kimi istәyirәm ad çıxardam.
N a d i r (әlini oğlunun başına qoyub). Qoçaq oğlum! Hünәrli oğlum!
G ü l c a h a n. Mәn dә deyirәm dәxi qaçaqçılığa getmәyәçәksәn. İndi sәbәbini soruşurdu ki, sәn gәldin.
N a d i r. Hünәrli oğlum! Ad çıxarmaq üçün tövürlü yollar var. Ancaq qaçaqçılıqla ad çıxartmaq yaman nifrәtli yoldur. İnsan gәrәkdir ağlı ilә, yaxşılıqla ad çıxartsın. Bu vaxtadәk quldurluqdan nә ki söylәmişәm vә özün eşidibsәn çıxart başından. Mәn düz yoldan azmış imişәm. Bundan sonra qılıncını ancaq vәtәn yolunda çıxart. Oğlum, düşmәnlәr vәtәnimizi tar-mar edirlәr, müqәddәs yerlәrimizi әldәn alırlar. Bundan sonra gәrәkdir quldurluğu bilmәrrә buraxıb vәtәnә kömәk edәk, belә bir yolda ad çıxartmaq böyük bir sәadәtdir. Ümidvaram ki, mәnim sözlәrimi anlayırsan. (Rzaqulu dizi üstә düşüb başını uzadır. Nadir qolundan tutub durğuzur vә gözlәrindәn öpür.) İndi bildim ki, mәnim yolumda baş qoymağa hazırsan.
G ü l c a h a n (boynundan qucaqlayır). Gördün, dedim dәxi getmәyәcәksiniz.
N a d i r. İndi durma oğlum, get qaçaqlara de ki, hazır olsunlar. (Rzaqulu gedir. Gülcahana.) Sәn dә get, mәnimçün yola nә lazımdır hazırla. Dayım nә edir?
G ü l c a h a n. Yatıbdır.
N a d i r. Görükür, yorulubdur. Oyatma, qoy hәlә yatsın, lazım olanda oyadarsan.
G ü l c a h a n. Yaxşı. (Gedir.)
N a d i r. Rzaqulu mәni çox istәyir, nә desәm hazırdır. Sözlәrim ona tәsir etdi. Başını uzadır, yәni: boynumu vur, sözündәn çıxmaram, dediyidir. Bәrәkallah, oğul! Pәrvәrdigara, etdiyim günahların әvәzindә ömrümün axırınadәk sәnin yolunda savab işlәr edәrәm, ancaq bu oğlumu mәnә çox görmә! Mәni onun gözlәrinә hәsrәt qoyma!
 
 
ONUNCU GӘLİŞ
 
R z a q u l u. Baba, hazırdırlar, qulluğunuzu gözlәyirlәr.
N a d i r. De gәlsinlәr. (Rzaqulu gedir.) Ah! (Fikirdә.) Xorasanı düşmәnlәrin әlindәn xilas etdiyim günü tezmi görәcәyәm?
 
 
ON BİRİNCİ GӘLİŞ
 
 Rzaqulu, bir neçә yaraqlı qaçaq.
 
N a d i r. Gәldiniz? Bu saat atlanıb düşün kәndlәrә, әtraf-әsnafa! Hәr kәsi gördünüz, deyәrsiniz Nadir sizi çağırır. Hamı gәrәk bu gün buraya cәm olsun. Hәr kәs gәlmәsә, adını soruşub yazarsınız, sonra mәn onlara göstәrәrәm. Heç kәs dә qorxmasın, eşitdiniz?
H a m ı. Bәli.
N a d i r. Di durmayınız. (Gedirlәr.) Sәn dә Rzaqulu, de, mәnim atımı hazır etsinlәr.
R z a q u l u. Baba, mәnim atımıdamı?
N a d i r. Yox, oğlum, bu sәfәr sәn getmәyәcәksәn. Buralar şuluqdur, sәn dә evә bax. (Rzaqulu çıxır. Bir-bir, iki-iki kәnd әhli kәlib Nadirә baş әyib qabağında dururlar.) Hәr kәs yorulubdur, әylәşsin. Xoş gәlibsiniz, hamı yığılanda mәnә xәbәr
edin. (Evә gedir.)
K ә n d ә h l i n d ә n b i r i. Heç bu sifәt bunda görükmüyübdür ki, deyә әylәşin.
İ k i n c i. Görәsәn genә nә var, bәlkә işi düşübdür.
Ü ç ü n c ü. Әlbәttә, yorulubdur, quldurluğa getmәk istәmir ki, arxayın evdә otursun. Biz dә tövcü verәk.
D ö r d ü n c ü. Xülasә, allah özü rәhm etsin, xeyir işә bәnzәmir.
B e ş i n ci. Bizim evimizi düşmәn azmı yıxır? Bu da indi istәyir ki, olub-qalanımızı alsın. Mәnim sözümә baxsanız, hamımız çıxarıq gedәrik, sonra nә edәcәk, etsin. Ölüb getmişik, ölmüşün nәyini öldürәcәkdir. (Bu vaxt bunların arasında qovğa düşür, bunları çağıran qaçaqlar gәlirlәr. Xalq onlara tәrәf.)
H a m ı (bәrkdәn). Bizi nә üçün yığıbsınız?
 
 
ON İKİNCİ GӘLİŞ
 
Nadiri görәndә sәslәrini kәsirlәr.
 
N a d i r. Hәzәrat! Xoş gәlibsiniz! Bu vaxtadәk mәndәn vә atamdan zәrәrdәn vә әziyyәtdәn başqa bir şey görmәyibsiniz....Әvvәlәn sizdәn tәvәqqe edirәm ki, mәnim günahımdan keçәsiniz vә sizә mәlum edirәm ki, bugündәn quldurluğu,
qaçaqçılığı bilmәrrә buraxıb, canımı, gücümü vә ağlımı millәt vә vәtәn yolunda sәrf edәcәyәm. Bәsdir, nә qәdәr әbәs yerә qan tökdüm. Bәsdir, nә qәdәr siz mәnim әlimdәn dad çәkdiniz. İndi ancaq düz yolu tapmışam, indi ancaq anlamışam ki, insan gәrәk vәtәn vә millәt yolunda işlәyib qeyrәt, hәmiyyәt göstәrsin. Özünüz görürsünüz, eşidirsiniz vәtәnimizi düşmәn hәr yerdәn zәbt edir. Hәtta ziyarәtgahlarımıza da әl uzadırlar. Bundan sonra mәn özümә söz verirәm ki, vәtәnimizi düşmәnlәrin әlindәn xilas edib millәti zülmdәn qurtarım. Әvvәlinci gedәn yerim Xorasandır ki, sistanlıları oradan gәrәkdir qovmaq. Sizlәrdәn kim istәmir ki, ata-babalarımızın müqәddәs yerlәrini xilas edәk, tainki bizdәn sonra gәlәn uşaqlarımıza bu ibrәt ola, qeyrәtә gәlib gözlәri hәmişә açıq ola? Kim istәyәr ki, öz әkdiyini özü biçmәsin? Razısınızmı?
H a m ı. Razıyıq! Razıyıq!....
N a d i r. Bәs belә olan surәtdә dağılınız әtrafda olan kәndlәrә, car çәkin ki, Nadir gedir Xorasanı düşmәnlәrin әlindәn qurtarmağa. Hamı yığılsın, hәr kәsin nә yarağı-әslәhәsi var götürsün. Onu da deyirәm: hәr kәsin qeyrәti oyanmayıbdır, getmәsin. Ümidvaram ki, sözümә әmәl edәsiniz.
H a m ı. Hazırıq vәtәn yolunda baş qoymağa! Hara aparırsan bizi apar. (Bәrkdәn.) Nadir sağ olsun!.... Nadir sağ olsun!....
 
PӘRDӘ
 
 
 
 
YARIM MӘCLİS
 
 
İKİNCİ MӘCLİSİN MABӘDİ
 
Vaqe olur Xorasan yolunda. Bir neçә çadır, bir sәrbaz әlindә tüfәng çadırın qabağında gәzinir. İki sәrbaz yavuqda durub
çırpı yığır.
 
B i r i i c i s ә r b a z. Ağlın nә kәsir, Xorasana getmәkdәn bir şey olacaq, ya yox?
İ k i n c i s ә r b a z. Necә?
B ir i n c i s ә r b a z. Deyirlәr sistanlılar qalanı möhkәm bәrkidiblәr.
İ k i n c i s ә r b a z. Baxaq görәk, necә olacaqdır. Şah gәrәk ki, bir xәbәr gözlәyir, ona görә hәlә getmәk istәmir.
B i r i n c i s ә r b a z. Nә xәbәr gözlәyәcәk. Düşmәnlәr dәli deyillәr ki, Xorasan kimi şәhәri әllәrindәn verәlәr. Heç bilirsәnmi, ziyarәtә gedәnlәrdәn nә qәdәr xeyir götürürlәr?
İ k i n c i s ә r b a z. Bundan әlavә, deyirlәr onların xanı sәrbazlara çox mәrhәmәt göstәrir: hәr nә qarәt olunur, sәrbazların
aralarında bölünür.
B i r i n c i s ә r b a z. Ona görәdir ki, Mahmud xanı sistanlılar sevirlәr.
İ k i n c i s ә r b a z (әlini gözünә tutur). O kimdir, tez-tez çaparaq gәlir?
B i r i n c i s ә r b a z. Hanı? Hanı?
İ k i n c i s ә r b a z (әli ilә göstәrir). Odur, bax! Odur!
B i r i n c i s ә r b a z. Bizim adam deyil?
İ k i n c i s ә r b a z. Bәli. Görәsәn kim ola?
B i r i n c i s ә r b a z. Bir yaxşı bax, uzaqdan atlılar da görünürlәr.
İ k i n c i s ә r b a z (diqqәtlә baxır). Doğrudur, qәribә çox atlı var, görәsәn kimdir?
B i r i n c i s ә r b a z. Lazımdır padşaha xәbәr vermәk.
İ k i n c i s ә r b a z. Ay, kimsәn, dayan! (Tüfәngi götürür atmağa. Bu vaxt әvvәlinci sәrbaz yüyürür Tәhmasın çadırına tәrәf, orada şeypur çalınır. Tәhmas çadırdan tez çıxır, qarşıdan Nadir qoşunu ilә gәlir.)
T ә h m a s (öz sәrbazlarına). Dayan! (Әli ilә.)
 
Nadir ürәkli Tәhmas xana tәrәf gәlir vә iki tәrәfin qoşunu xamuş durur.
 
N a d i r (qılıncı açıb Tәhmasa verir). Qibleyi-alәm! Bu qılıncla mәn çox ataları oğulsuz vә çox uşaqları atasız vә anasız qoymuşam. Bu qılıncla çox nahaq qanlar tökmüşәm, çox evlәr yıxmışam, indi qeyrәt vә insaf mәnә qalib gәlib.
Gәlmişәm qibleyi-alәmin hüzuruna. Xahiş edirsәn bu qılıncla başımı vur, yainki rüsxәt ver, düşmәnlәrin tәsәrrüfündәn vәtәnimizi xilas edim, hәrçәnd dayımı göndәrmişdim qibleyi-alәmin qulluğuna ki, mәnim mәqsudumdan xәbәrdar etsin, amma Xorasana mәxfi göndәrdiyim adam gәlib ürәyi odlayan xәbәr gәtiribdir. Hirsimdәn sәbir edә bilmәdim vә özümü qibleyi-alәmә yetirdim ki, mәqsudumdan xәbәrdar edim. İndi ixtiyar qibleyi-alәmdәdir. (Başını aşağı salıb durur).
T ә h m a s (yavuq gedir, qılıncı verir). Nadir! Sәnin bu vәtәnpәrәstliyin vә aşkara qeyrәtin mәni vadar edir nәinki sәnin tәqsirindәn keçәm vә bәlkә cәmi qoşunun ixtiyarını sәnә tapşıram. Mәn sәnin tәqsirindәn keçdim. (Qoşuna üzünü tutub.) Xoş o millәtin halına ki, Nadir kimi kömәyi var. Xoş o qoşunun halına ki, Nadir kimi sәrdarı var!!! Sağ olsun Nadir xan!
Q o ş u n. Tәhmas şah sağ olsun! Nadir xan sağ olsun!
 
(Burada fars marşı çalınır.)
 
PӘRDӘ