Vikimənbə müzakirəsi:Səsvermə

Vikimənbə saytından
Jump to navigation Jump to search

Bu səhifə Vikimənbə:Səsvermə səhifəsinin müzakirə səhifəsidir.


Xahiş edirəm, fikrinizi bildirin. Bu qanuna ehtiyac var. Təkliflərinizi yazın, bir neçə günə səsverməyə başlayaq.--Emin | mesaj 17:35, 28 İyun 2011 (UTC)

Təkliflər[redaktə]

"hər hansı istifadəçinin istəyinə bağlı olaraq" ifadəsinə bir qədər dəyişiklik edilməsinin lazım olduğunu düşünürəm. Belə ki, bu halda vikimənbədə 3-4 redaktə edən də səsvermə başlada bilməsi məqbul hesab olunur. Məsələn fikrimcə, "hər hansı istifadəçinin" yerinə "səsvermə hüququ olan hər hansı istifadəçinin" ifadəsi yazılsa daha yaxşı olar.

Əslində səsvermə üçün müraciət olunması daha məqbuldur. Daha sonra bu müraciət əsasında aktiv idarəçilər (aktiv idarəçi yoxdursa digər təcrübəli aktiv istifadəçilər) səsvermənin keçirilib-keçirilməməsinin VikiMənbənin qaydalarına nə dərəcədə uyğun olmasını yoxlamalıdılar əgər münasibdirsə, bundan sonra səsverməyə başlamağı düzgün hesab edirəm.Vago 11:18, 29 İyun 2011 (UTC)

"Qaydaların səsverməsində ən azı 6 istifadəçi səs verməlidir." yerinə "Qaydaların səsverməsi o vaxt baş tutmuş hesab olunur ki, ümümi səslərin sayı ən azı 6 olsun."Vago 11:23, 29 İyun 2011 (UTC)

Redaktə sayı çoxdur. Mən indidən deyim ki, VikiMənbədə 200 redaktəsi olan və burada aktiv olan cəmi 6 (altı) nəfər istifadəçi var. --N KOziMüzakirə 08:51, 30 İyun 2011 (UTC)

Mən də bu fikirdəyəm. VikiMənbə hələ ki, o qədər populyar deyil, odur ki, redaktə sayında limit 100 olsa da olar.--Irada 09:19, 30 İyun 2011 (UTC)

Mən də bilirəm ki, hal-hazırda 200 redaktəsi olan istifadəçi Vikimənbədə azdı. Amma

a) İstifadəçi səsvermənin başlandığı tarixdən ən azı 2 ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 80 redaktə etmiş olmalıdır.

b) İstifadəçi səsvermənin başlandığı tarixədək ən azı 200 redaktə etmiş olmalıdır.

birinci şərti ödəyə bilən istifadəçilər tapmaq olar. İkinci şərti 150 redaktə edirəm.--Emin | mesaj 13:27, 2 İyul 2011 (UTC)

Vago, müraciət formasını tam başa düşmədim.--Emin | mesaj 13:43, 2 İyul 2011 (UTC)

Vikipediyada da onu hazırlayırdıq, əslində idarəçi və bürokratların seçilməsi qaydaları ilə birlikdə ərizə forması da səsverməyə çıxarılmalı idi ki, mübahisəli məqamlar qalmasın. Yəni kim (belə bir istifadəçinin özü hökmən səsvermə hüququna malik olmalıdır) isə özünü və ya digər istifadəçinin namizədliyini irəli sürmək istəyirsə, o bu istəyi barədə xüsusi formalı ərizə ilə müraciət etməlidir (Əgər başqasının namizədliyini irəli sürübsə, həmin istifadəçinin buna razılığı ərizədə əlavə olaraq təsdiqini tapmalıdır). Həmin namizəd göstərilməsi istənilən istifadəçinin idarəçiliyə namizəd göstərilə bilməsinin mümkünlüyü barədə (məsələn 3 gün müddətində fəal idarəçi, bu olmadıqda digər istifadəçilər tərəfindən) şərtlər yoxlanılıb təsdiq olunandan sonra onun səsverməsi üçün gün təyin edilməlidir.Vago 05:02, 4 İyul 2011 (UTC)

Müraciət forması olsa gərək ayrı prinsip-VikiMənbə:Səsvermə müraciəti də yaradılsın. Hələlik belə də olar. Yəni ki qaydaların səsverməsində müraciət olmasa da olar. Sonra İdarəçilik, bürokratlıq haqqında da prinsip yaradılanda əlavə edərik.--Emin | mesaj 20:31, 9 İyul 2011 (UTC)

Bu gün səsverməni başlatmaq istəyirəm.--Emin | mesaj 21:35, 23 İyul 2011 (UTC)

  • VikiMənbədə aktiv istifadəçilərin azlığından təklif edirəm ki, 60 redaktəsi və 2 aylıq qeydiyyat müddəti olan istifadəçilər səsvermədə iştirak edə bilsin. --Fuad Sultan 18:27, 25 iyul 2011 (UTC)

Qüvvədə olma müddəti[redaktə]

Yazılıb ki, Səsvermə müddəti: 24 aprel 2016 — 7 may 2016; Amma Qüvvədədir: 7 avqust 2011-ci il tarixdən. Bu necə olur? --►Cekli829 08:26, 11 mart 2017 (UTC)