 |
Günün əsəri
|
Salam olsun!
Yunus Əmrə
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!
Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!
Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!
|
|
 |
Həftənin müəllifi
|
Məhəmməd Əmin Rəsulzadə — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri.
|
|