Məzmuna keç

Azərbaycan şairi Nizami

Vikimənbə saytından
Azərbaycan şairi Nizami (1949)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Əsərdəki bütün qeyd və kursivlər müəllifə məxsusdur.

Şairlikdəki əsrar pərdəsi,
Peyğəmbərliyindir bir kölgəsi.
Tanrı hüzurunda sıra tutmuşlar;
Ikinci şairlər, ilkin peyğəmbərlər.

N i z a m i


MÜƏLLIFDƏN

Kitabımız Nizaminin anadan olmasının 800-cü ildönümü münasibətilə 1941-də bitmiş, fəqət müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmişdir.
Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri tərəfdən hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş və yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. Əlavələr hissəsində, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.
Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif bu kiçik epiqrafların və kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa əks etdirib-etdirmədiklərini müəyyənləşdirmək, təbiidir ki, oxucuların öhdəsinə buraxılmışdır; əslində bu xüsusda müəyyən bir iddiası da yoxdur, kifayətdir ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın.
Kitabın haşiyələrində və “əlavələr” qismində mətndə bəhs edilən mətləbləri aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə, bunların türkcə məzmunu qismən verilmişdir...
Illərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz nöqsanlardan xali olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə qüsurlu olan məlumatın tamamlanmasına xidmət etmiş olarlar. Eyni baxımdan əsər haqqındakı ümumi mülahizələrini də bəyan etmək lütfünü göstərənlər müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar.

Ankara, 8 aprel 1949.

Mündəricat

[redaktə]

Birinci hissə

Nizami kimdir?

İkinci hissə

Nizaminin beş kitabı

Üçüncü hissə

Nizami mövzuları baxımından

Dördüncü hissə

Nizamidə sənət və ideologiya